"Daşnaksütyun" partiyasının gənclər qanadından bir neçə fəal Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yerləşdirilib.
Gənclər Paşinyanın ordu ilə bağlı açıqlamalarına etiraz edərək hakimiyyəti Qarabağa xəyanətdə və təslim olmaqda günahlandırırlar.
Aktivistlər binanın qarşısına çiyələk, şirniyyat və alt paltarı atıblar.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan danışıqları dondurdu – ŞOK SƏBƏBLƏRİ
Yaxınlıqdakı növbətçi polis məmurları yerə atılanları götürməyi tələb etsələr də gənclər razı olmayıblar. Nəticədə təhlükəsizlik qüvvələri onları polis bölməsinə aparmaq üçün tutmağa başlayıb. Kiçik bir dava qeydə alınıb, ancaq qüvvələr bərabər olmadığından polislər aksiya təşəbbüskarlarını "zərərsizləşdirməyə" müvəffəq olublar.
Təxminən iyirmi fəal binanın yanındakı küçəni bağlayıb, ancaq bir neçə dəqiqədən sonra onları da ərazidən dağıdıblar.
Paşinyan ordu islahatları ilə bağlı çıxışlarında dəfələrlə əvvəlki hökumət dövründə valideynlərin əsgər uşaqlarına mayka və alt paltarları göndərməyə məcbur edildiklərini söyləyib. Çiyələk mövzusu isə qidalanma sistemindəki dəyişikliklə bağlıdır. Belə ki, yay aylarında hərbi qulluqçuların pəhrizinə çiyələk daxil edilib.
Konfetə gəlincə isə, seçki kampaniyasında Paşinyan deyib ki, əvvəlki hakimiyyət zamanı əsgərləri hər cür şəkildə alçaldıblar, onların qabaqlarına bir ovuc konfet atıblar. Əsgərlər isə konfeti götürmək üçün "yeri çırmaqlayıblar”.
Bu ifadə ölkədə yüksək rezonans doğurub, Paşinyan əsgərləri alçaltmaqda günahlandırılıb.
Bizim.Media