Daha bir erməni şahmatçı ölkəsini Amerika ilə dəyişdirdi – DETALLAR

Hazırda oxunan: Daha bir erməni şahmatçı ölkəsini Amerika ilə dəyişdirdi – DETALLAR

24246

Erməni qrossmeyster Vladimir Akopyan bundan sonra ABŞ bayrağı altında oynayacaq.

Bizim.Media xəbər verir ki, FIDE reytinqində Akopyan artıq Amerika şahmatçısı kimi təmsil olunur. 

Reytinqinə görə (2638), Dünya Şahmat Olimpiadalarının üçqat qalibi Amerika şahmatçıları arasında 12-ci yerdədir.

ABŞ şahmat cəmiyyətinin ilk 100-lüyünə milliyyətcə erməni olan Samvel Sevyan (5-ci yer), Varujan Akopyan (16) və Melikset Xaçiyan (53) da daxildir.

Bundan əvvəl, erməni şahmatının lideri Levon Aronyan Ermənistandan köçmək barədə açıqlama vermişdi. O da ABŞ komandasına qoşulacaq.

Şahmatçı qərarını "şahmat sahəsinə soxulan səriştəsiz dövlət adamları" və dövlətdən şahmatçılara kəsilən dəstəyi ilə izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin