Armen Qasparyan: “Qarabağ artıq Azərbaycana aiddir”

Hazırda oxunan: Armen Qasparyan: “Qarabağ artıq Azərbaycana aiddir”

24234

Növbəti mərhələ Dağlıq Qarabağın Azərbaycan hüquq və qanunvericiliyinə qaytarılmasıdır.

“Müharibədə edəcəyin ən qorxunc şey rəqibi düzgün dəyərləndirməməkldir. Erməni həmkarlarıma uzun illər başa salmağa çalışmışam ki, onlar axmaqlıqla məşğuldurlar. Əgər rəqibiniz zəifdirsə, ona niyə qalib gəlmək istəməlisən ki? Mənasızdır. Əksinə, rəqibə hörmət eləmək lazım idi. Bu isə baş vermirdi. Çünki insanları inandırmışdılar ki, düşmənin səngərdən qaçması üçün bir daş atmaq yetərlidir. Amma düşmən qaçmadı və bu vəziyyət üçün ermənilərdə B planı yox idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri erməni politoloq Armen Qasparyan “Qolos Morya”ya müsahibəsində açıqlayıb. Politoloq çıxışını “daha sonra nə edəsisiniz, Dağlıq Qarabağla bağlı məsələləri necə həll edəsisiniz” sualları ilə davam etdirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Müharibə hələ bitməyib" - Armen Sarkisyan Qazaxıstanın erməni icması ilə görüşüb


“Növbəti mərhələ “Artsax”ın dağıdılmasıdır. Prosesin gələcək etapı Dağlıq Qarabağın Azərbaycanın hüquq və qanunverciliyinə qaytarılmasıdır. De fakto olaraq Dağlıq Qarabağ artıq Azərbaycana aiddir. Sadəcə olaraq çox adam bunu anlamır. Son vaxtlar nə qədər erməni həmkarımlıa dialoqa girmişəm və onların hamısı elə bilir ki, Qarabağ hansısa yolla Ermənistana aiddir. Uşaqlar, BMT Təhlükəsizlik Şurasının qətnamələrini açın, oxuyun.

Sülh içində yaşamaq lazımdır. Bu daha çətin bir tarixdir, amma bəzi ermənilər elə bilir ki, məsələ öz-özünə həll olunacaq”

Sonda aparıcı Qasparyana bildirdi ki, qədim Romadan bəri bir deyim var: “Güclü olan tərəf həmişə haqlıdır”

Anar Rəhimiov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin