Tonoyan: “Biz super silahlı Azərbaycan Ordusu ilə döyüşürdük”

Hazırda oxunan: Tonoyan: “Biz super silahlı Azərbaycan Ordusu ilə döyüşürdük”

2421

Qarabağ müharibəsinə son qoyulması barədə razılığın xəyanət kimi qiymətləndirilməsi təhqiramizdir.

Bizim.Media “Aysor.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

“Ermənistan silahlı qüvvələri, müdafiə nazirliyinin bütün sistemi, hökumətin uğur qazanmağımızdan ötrü əlindən gələni etməsinə baxmayaraq, Qarabağ müharibəsinə son qoymaq üçün əldə edilmiş razılığın xəyanət və ya məğlubiyyət olduğu barədə dəyərləndirmələr təhqiramizdir”.

O bildirib ki, Ermənistan silah və texnika tədarükünün mühasirəsi şəraitində hərəkət etdikdə geosiyasi vəziyyət yarandı:

“Biz çox böyük bir qüvvəyə - super silahlı Azərbaycan Ordusuna qarşı olduq. Məndən “niyə silahlanmadınız” deyə soruşa bilərsiniz? Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.

Tonoyan, həmçinin rusiyalı sülhməramlıların yerləşdirilməsinin Qarabağ müharibəsinə son qoyulması üçün ən yaxşı seçim olduğunu əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin