Erməni əsgərinin geri qaytarılması sərhəddəki gərginliyin azaldılması üçün ilkin şərtlər yaradır, lakin sayıqlığımızı itirməməliyik.
Bizim.Media xəbər verir ki, bunu Şirak bölgəsinin Azatan kəndinə seçkiqabağı təşviqat ilə gələn Ermənistanın baş naziri icra edən Nikol Paşinyan deyib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycandakı əsirlərin əvəzinə oğlumu təklif edirəm" - Paşinyan
O, bir gün əvvəl erməni əsgərlərindən birinin duman ucbatından itdiyini, düşmən tərəfə keçdiyini və bu gün səhər isə geri verildiyini xatırladıb:
“Bu, sərhəddəki vəziyyətinin sabitləşməsi üçün gözləntilər yaradır”.
Paşinyan vurğulayıb ki, ayıqlığı itirmək lazım deyil, ölkəni gücləndirmək və ilk növbədə cəmiyyətdə birliyi bərpa etmək lazımdır.
O, qeyd edib ki, əsirlərlə bağlı məsələ daha ətraflı müzakirə edilsə, qərar bir o qədər təxirə salınır: “Sizi əmin edirəm ki, gündəlik şəxsən bu məsələ ilə məşğulam".
“Əsgərlərin yaxınları “yeddi ay keçdi və biz hələ də onları qaytarmadıq” deyəndə haqlıdırlar Bu məsələni həll edəcəyimizə şübhə etməyin”, deyə Paşinyan yekunlaşdırıb.
Bizim.Media