“Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir. Amma indi onu yox, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağda qan tökülməsini dayandırdıq” - Lavrov
Lavrov bildirib ki, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur:
“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”.
Bizim.Media