Bakılı erməni Bakıya buraxılmadı - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakılı erməni Bakıya buraxılmadı - RƏSMİ AÇIQLAMA

24093

Tanınmış bloger Vasili Utkin Telegram kanalında "Matç TV" telekanalının şərhçisi, jurnalist, milliyyətcə erməni olan və 1987-ci ilin 7 oktyabrında Bakıda doğulan Nobel Eduardoviç Arustamyanın 2020-ci il Avropa çempionatı üçün akkreditasiya almadığını deyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “championat.com” saytında yer alıb.

“Dünyada vəhşi ədalətsizlik varsa, biri budur. Nobel Arustamyan əslində Avropa çempionatında olmayacaq. O, akkreditə edilməyib. Nobel akkreditə olunmur !!! Çünki bütün ölkələrdəki yerli təşkilat komitələri akkreditasiya üçün icazə verməlidir. Və Bakı Nobelin qarşısını kəsdi.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa oyunlarının biletləri satışa çıxdı


Yeri gəlmişkən, o, Bakı şəhərində dünyaya gəlib. Bir insanı peşəsini icra etmək hüququndan məhrum etmək nə deməkdir? Çempionatın Bakıdakı Təşkilat Komitəsi, mənim sərt nifrətimi qəbul edin”, deyə Utkin yazıb.

Mövzuya AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov münasibət bildirib və bunun səbəbini belə izah edib:

“Məsələ barədə məlumatımız var. Akkreditasiya üçün müraciət etmiş hər hansı şəxslə bağlı AVRO-2020-nin oyunlarının keçiriləcəyi 11 şəhərin hər birinin Təşkilat Komitəsi tərəfindən təsdiq cavabı gəldikdən sonra qeydiyyat təsdiqlənir və müraciət edən şəxs akkreditasiyadan keçmiş hesab olunur. Konkret bu situasiyada adı qeyd olunan media nümayəndəsi hər hansı problemə üzləşibsə, ona tövsiyə edərdik ki, bununla əlaqədar UEFA-ya müraciət etsin.

Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”.
 

Özünü erməni jurnalistin “dostu” hesab edən “ördək” soyadlı şəxsə bildirmək istəyirik ki, nifrətini Bakıdakı Təşkilat Komitəsinə yox, Arustamyana bildirməlidir, çünki bir vaxtlar Bakıda doğulan, Bakını çörəyi yeyən, suyunu içən, havasını udan bu dırnaqarası “jurnalist” həqiqət carçısı idisə, işğal faktına dəstək olub Qarabağa getməzdi.


Qeyd edək ki, AVRO-2020 11 iyun – 11 iyul tarixlərində qitənin 11 şəhərində keçiriləcək. A qrupunun oyunları çərçivəsində iyunun 12-də Uels – İsveçrə, 16-da Türkiyə - Uels, 20-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda baş tutacaq. İyulun 3-də isə paytaxtımızda 1/4 final mərhələsinin görüşü oynanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin