Paşinyanın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq arzusuna Peskovdan REAKSİYA

Hazırda oxunan: Paşinyanın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq arzusuna Peskovdan REAKSİYA

240420

“Rusiya Ermənistanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Nikol Paşinyanın Rusiya ilə əlaqələrin bərpası barədə göstəriş verməsi ilə bağlı məlumatı şərh edərkən bildirib ki, Rusiya ilə Ermənistan arasında münasibətlər kəsilməyib.

Üstəlik, Kremlin sözçüsü Ermənistanı “dost ölkə” adlandırıb.
 

“Bizim ikitərəfli, tarixi və mədəni baxımdan çox ortaq cəhətlərimiz var. Həm də Aİİ kimi mühüm inteqrasiya birliyində birgə iştirak baxımından. Biz ikitərəfli münasibətlərimizin perspektivlərinə Ermənistan tərəfinin bu qarşılıqlı münasibətindən daha çox razıyıq və onları hər cür inkişaf etdirməyə hazırıq”.


Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dövlət qurumlarına Rusiya ilə münasibətləri bərpa etməyi tapşırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin