Moskvada Ermənistan və Rusiya xarici işlər nazirlərinin müavinləri Mixail Qaluzin və Mnatsakan Safaryan arasında məsləhətləşmələr aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında siyasi və təhlükəsizlik, ticarət-iqtisadi, mədəni-humanitar sahələr üzrə məsələlər müzakirə edilib.
Qeyd olunur ki, Rusiya tərəfi Avrasiya inteqrasiya birliklərində, o cümlədən “beynəlxalq vəziyyətin əsaslı transformasiyalarını nəzərə almaqla” tərəfdaşlığın dərinləşdirilməsini tələbkar hesab edir.
Həmçinin Cənubi Qafqazdakı vəziyyət və “3+3” formatında əməkdaşlığın dərinləşdirilməsi də müzakirə olunub.
Bizim.Media