“Donmuş ətin buzunu əritmək vaxt aparır, mən yemək bişirməyi sevən evdar qadın kimi danışıram”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Ermənistanın KTMT-də iştirakı məsələsini şərh edərkən deyib.
“O ki qaldı Rusiyanın Ermənistan qarşısında KTMT çərçivəsində və ikitərəfli formatda olan öhdəliklərinə, onlar qüvvədədirlər. Eyni zamanda, İrəvanın KTMT-dəki fəaliyyətini dondurması Ermənistanın öz təhlükəsizliyini möhkəmləndirməsinə kömək etmir. Donmuş ətin isə buzunu əritmək vaxt aparır, mən yemək bişirməyi sevən evdar qadın kimi danışıram", - Zaxarova qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Region
21:26 / 20.03.2025
Zaxarova Ermənistanı donmuş ətlə MÜQAYİSƏ ETDİ - VİDEO
Hazırda oxunan: Zaxarova Ermənistanı donmuş ətlə MÜQAYİSƏ ETDİ - VİDEO
Hazırda oxunan: Zaxarova Ermənistanı donmuş ətlə MÜQAYİSƏ ETDİ - VİDEO
240327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.