Qabrelyanovun təbliğatçısı, "ermənipərəst" Semyon Peqov niyə susur? - ŞOK FAKTLAR

Hazırda oxunan: Qabrelyanovun təbliğatçısı, "ermənipərəst" Semyon Peqov niyə susur? - ŞOK FAKTLAR

24013

“2-ci Qarabağ müharibəsi bitdikdən sonra Rusiyanın hərbi müxbiri Semyon Peqov dəfələrlə Şuşanın təslim olmasının siyasi qərar olduğunu bildirib. Ancaq sonra Azərbaycan tərəfi Şuşada “İskəndər” raketinin parçalarının tapıldığını elan etdikdə, yenə də o, İstanbuldakı mənbələrinə istinad edərək deyib ki, zərbə nəticəsində 500-ə qədər azərbaycanlı öldürülə bilərdi. Onun məntiqindən belə çıxır ki, Şuşanı təslim etmək qərarına gələn ermənilər “İskəndər”dən istifadə edib?

Həm də diqqətəlayiqdir ki, “ermənipərəst” Peqov azərbaycanlıların guya mayın 12-dən sonra Ermənistanın suveren ərazilərinə daxil olması haqda, hətta erməni həmkarlarının şəxsi tələbindən sonra da öz kanalında heç nə qeyd etməyib.

Səbəbi nədir? Çünki onun buna haqqı yoxdur. Bəlkə də həqiqətən erməni xalqına rəğbət bəsləyir, ancaq o, bunu yuxarıdan pul aldığına görə edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “infoteka24” nəşrinin redaktoru Artur Petrosyan yazıb.

“Öz işinin ustaları olan bir neçə rus hərbi müxbir mənimlə söhbətdə (adlarını açıqlamayacağıq) Peqovun cəbhə bölgəsindəki videosuna görə çox sayda erməni əsgərinin öldüyünü bildiriblər. Müharibə vaxtı kanalımızda dəfələrlə onu cəbhədən video yayımlamamağa çağırırdıq.

Hamımız bilirik ki, "Wargonzo" layihəsi Aram Qabrielyanova məxsusdur və müharibə dövründə Qabrielyanovun dəfələrlə qeyd etdiyi kimi təkcə erməni xalqına Artsrun Ohannisyan deyil, Hadrutdan Peqovun özü də çoxlu yalanlar danışıb. Bununla yanaşı Qabrielyanov Peqov haqqında susmağa üstünlük verib.

Bu gün Qabrielyanovun erməni jurnalistlərlə necə müharibə apardığını müşahidə etdikdən sonra ondan soruşmaq istərdim ki, niyə “vətəninin” taleyi üçün bu qədər narahat olan layihəsi heç vaxt Azərbaycanın Ermənistanın suveren ərazisinə daxil olmağından, Ermənistan ərazisində insanların qaçırılmağından yazmayıb və qınamayıb? 

Hər halda, Semyon Peqovun müharibə zamanı həyatını riskə atması faktının əhəmiyyətini azaltmırıq və bunu qiymətləndirməmək olmaz.

Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyini “ermənipərəst” jurnalistləri seçməzdən və onlara imtiyaz verməzdən əvvəl fəaliyyətlərini daha diqqətlə öyrənməyə çağırırıq”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin