Xəbər verdiyimiz kimi, bu gün iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Katanyan saxlanılıb.
Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.
Ermənistan Müdafiə Nazirliyinin bu informasiyaya cavabı özünü çox gözlətməyib və gülməli açıqlama yayaraq yenə gülünc vəziyyətə düşüb.
Qurum bəyan edir ki, Ermənistan Silahlı Qüvvələrinin müqavilə ilə xidmət edən hərbçisi A. Katanyan (adını belə yazmırlar) ərazini tanımadığından azıb və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan sahədə peyda olub.
Bizim.Media xəbər verir ki, bu haqda açıqlamanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
"8 iyun tarixində müqavilə ilə xidmət edən sıravi əsgər A. Katanyan duman səbəbiylə ərazidə azıb və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan sahədə peyda Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyi kimi, A.Katanyan diversant deyil”. Mesajda belə deyilir.
Təbii ki, mina basdırmaq üçün Azərbaycana göndərilən erməni əsgərini rəsmi İrəvan “bağban” da adlandıra bilər.
Fakt isə faktlığında qalır ki, ermənilər Azərbaycan ərazilərində mina basdırmaq işini genişləndiriblər. Elə Kəlbəcərdə 3 azərbaycanlının ölümü də bunu əyani sübut edir.
Bizim.Media
- A-
- A
- A+
Region
15:27 / 08.06.2021
Ermənistan Müdafiə Nazirliyindən gülməli açıqlama: “Laçında əsir düşən əsgər diversant deyil, yolu azıb”
Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyindən gülməli açıqlama: “Laçında əsir düşən əsgər diversant deyil, yolu azıb”
Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyindən gülməli açıqlama: “Laçında əsir düşən əsgər diversant deyil, yolu azıb”
23993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.