“Sərhədi 27 ildə olduğu kimi 3 ildə qurmaq mümkün deyil”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan jurnalistlərə verdiyi müsahibəsində bəyan edib.
O, Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın və onun komandasının “köhnə"lərin ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Hazırkı hakimiyyət iddia edib ki, ordunun silahlanması və sərhədin möhkəmləndirilməsi əsasən son üç ildə həyata keçirilib.
Ohanyan nazir olduğu dövrdə Paşinyanla danışıqlarından bir nümunə gətirib.
“2016-cı ildə Paşinyanı onun istəyi ilə qəbul etdim. Mənim ofisimə gəldi və soruşdu ki, necə oldu ki, aprel döyüşündən sonra birinci xətt əvvəlkindən daha yaxşı təchiz olundu. Onun hüzurunda müdafiə ordusunun komandirinin nömrəsini yığdım və neçə kilometrlik tank əleyhinə istehkamın olduğunu soruşdum. 483 km-dən yalnız 6.7 km-nin yenidən təchiz edildiyini dedi.
Bizə inanmırlarsa, görsünlər ki, Azərbaycan rəhbəri nə deyir. Ağdamda Prezident İlham Əliyev ermənilərin nə qədər güclü istehkam qurduqlarını söyləyir”, deyə Ohanyan qeyd edib.
“Ordu var idi, indi də var. Hakimiyyətdə olmasalar, ordu daha sürətlə bərpa ediləcək”. Keçmiş nazir yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
12:13 / 08.06.2021
Seyran Ohanyan: “Paşinyan bizə inanmırsa, rəsmi Bakıya inansın”
Hazırda oxunan: Seyran Ohanyan: “Paşinyan bizə inanmırsa, rəsmi Bakıya inansın”
Hazırda oxunan: Seyran Ohanyan: “Paşinyan bizə inanmırsa, rəsmi Bakıya inansın”
23966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.