Martın 12-də məlum olub ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb.
Bizim.Media xəbər verir ki, o, İrəvandakı Yerablur hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin qanunsuz satışı işində külli miqdarda pul mənimsəməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir.
“Hraparak”ın öz mənbələrinə istinadən verdiyi məlumata görə, torpağın əsas alıcısı Çin səfirliyi olub. Müqavilə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün bu ərazidə Çin diplomatik missiyası yerləşir.
Nəşr onu da vurğulayır ki, bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər, çünki hazırda rəsmi Pekinin adı səs-küylü cinayət işində hallanır.
Bizim.Media

- A-
- A
- A+
Region
10:54 / 13.03.2025
Sarkisyana qarşı SENSASİON İTTİHAMLAR – Sabiq prezidentin ağır cinayətləri ÜZƏ ÇIXDI
Hazırda oxunan: Sarkisyana qarşı SENSASİON İTTİHAMLAR – Sabiq prezidentin ağır cinayətləri ÜZƏ ÇIXDI
Hazırda oxunan: Sarkisyana qarşı SENSASİON İTTİHAMLAR – Sabiq prezidentin ağır cinayətləri ÜZƏ ÇIXDI
239073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.