Paşinyanın seçkiqabağı mitinqində üç vətəndaş saxlanıldı – VİDEO

Hazırda oxunan: Paşinyanın seçkiqabağı mitinqində üç vətəndaş saxlanıldı – VİDEO

23878

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Armavir vilayətində seçki kampaniyası zamanı üç vətəndaş nəzarətə alınıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan”a polisin mətbuat xidməti yayıb.

Həbs olunan vətəndaşlardan biri seçki kampaniyasına mane olmaqda günahlandırılır. O, bu maddəyə görə ilk təqsirləndirilən şəxsdir, çünki Paşinyan Zəngəzur mahalını ziyarət edərkən vətəndaşlar onu təhqir etmişdilər. 

Qanuna düzəlişlər edən müəlliflər bildirirlər ki, dəyişikliklər Zəngəzur mahalındakı  hadisədən əvvəl işlənib. 

Daha iki nəfər inzibati maddə ilə, yəni hüquq-mühafizə orqanlarının qanuni tələbinə tabe olmamaqlarına görə tutulub.

“Yerevan.Today” nəşri Paşinyanın təşviqat apardığı Ermənistanın Armavir bölgəsindən bir video yayımlayıb. Video kadrlarda bir kişinin qışqırığını eşidirsiniz:

"Nikol xaindir". Bundan dərhal sonra mülki geyimli və polis formasında olan 10 nəfər onu təqib etməyə başlayır. Bir nəfər hündür səslə "Onu tut" deyir.

Eyni zamanda Mediaport Telegram kanalı bildirir ki, vətəndaş Paşinyanın partiyasının seçki siyahısında yer alan, daha çox Qrzo kimi tanınan iş adamı Xaçatur Sukiasyanın mühafizəçiləri tərəfindən döyülüb. Döyüldükdən sonra o, ağır vəziyyətdə naməlum yerə aparılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin