Nikol Paşinyan Baş nazir kreslosuna oturandan sonra fasiləsiz olaraq yeyir. Sözün hərfi və məcazi mənasında yeyir. Paşinyan yeyir və doymaq bilmir. “İnqilab” kababını, dövlət büdcəsini, “xeyriyyəçi” fondların pulunu, ümumerməni “Ermənistan” fondunu, ordu üçün silahları, benzini, dizel yanacağını yeyir. Ən faciəlisi Nikol Qarabağı yeyib, minlərlə erməni oğullarını məhv edib, hazırda isə Ermənistanı yeməkdə davam edir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Petros Aleksanyan adlı müəllif “7or.am” saytında yazıb.
“Ermənistan Respublikasının vətəndaşlarına Nikolun hakimiyyətdə qaldığı hər gün nə qədər xərclədiyini statistik göstəricilərə çevirsək, çox diqqətəlayiq rəqəmlər əldə edəcəyik.
Beləliklə, 37 ay və ya 1125 gün ərzində Nikol Paşinyanın baş nazirliyi dövründə ölkəmiz gündəlik 9,7 kvadrat km ərazi itirdi.
Nikolun Baş nazirliyi dövründə hər gün orta hesabla 7 əsgər dünyadan köçdü. Nikol hər gün dövlət büdcəsindən oğurluq edir və komandasının üzvlərinə bonus şəklində 267.000 dollar paylayır.
Nikolun həyat yoldaşı Anna Akopyanın nəzarəti altında olan "xeyriyyəçi" fondlar hər gün 11.000 dollar mənimsəyir.
Bənzər bir çox rəqəm göstərilə bilər. Lakin ümumi qiymətləndirmə budur ki, erməni xalqı müstəqillikdən sonra Ermənistanın bütün tarixində oxşar vəziyyətdə olmayıb. Yalnız Nikolun hakimiyyəti altında ölkə vətəndaşları və bütün ermənilər özlərini belə alçaldılmış, itirilmiş və məhv edilmiş vəziyyətdə hiss etməyiblər.
Uduzan Ermənistan sifətini dəyişdirmək və ölkəyə inkişaf fürsəti vermək üçün Nikolun Ermənistandan və həyatımızdan qovulması lazımdır.
O, bu yerdə soruşmadan peyda olub. Elə soruşmadan da onu qovmaq gərəkdir”, deyə müəllif qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:18 / 07.06.2021
Paşinyanın komandası nə qədər yeyib? – ŞOK RƏQƏMLƏR
Hazırda oxunan: Paşinyanın komandası nə qədər yeyib? – ŞOK RƏQƏMLƏR
Hazırda oxunan: Paşinyanın komandası nə qədər yeyib? – ŞOK RƏQƏMLƏR
23872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.