Arkadi Qukasyan: ““Böyük Ermənistan” ideyası nağıldır”

Hazırda oxunan: Arkadi Qukasyan: ““Böyük Ermənistan” ideyası nağıldır”

238656

“Çoxdandır “böyük Ermənistan”la bağlı nağıllara inanmıram. “Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam".

Bizim.Media xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan prokurorun “böyük Ermənistan” ideologiyasına dair sualına cavabında deyib.

O, Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rus dilli məktəblərdən sayca daha çox olduğunu deyib. Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb.

Arkadi Qukasyan qanunsuz hərəkətləri qınadığını vurğulayaraq bildirib: “Mənim fikrimcə, qadını, uşağı və ya ahıl insanı öldürən şəxs insan deyil. Söhbət onun milliyyətindən getmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin