“Azərbaycana Meğri üzərindən "dəhliz" verilməyəcək” - Köçəryandan iddia 

Hazırda oxunan: “Azərbaycana Meğri üzərindən "dəhliz" verilməyəcək” - Köçəryandan iddia 

23858

Azərbaycan və Türkiyə arasında kommunikasiyaların açılması mümkündür, lakin Zəngəzur mahalında (Sünik vilayəti) Meğri üzərindən bir dəhlizin verilməsi qəbuledilməzdir. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın 2-ci prezidenti Robert Köçəryan səsləndirib.

O, rəqiblərinin onu "Meğrini təslim etmək" planında günahlandırmasına diqqət çəkib və bunun yalan olduğunu deyib.

"Mövcud hökumət vətən torpağını təslim etdi. Bu mövzuda başqalarından daha çox bu rəhbərlik danışır. Hakimiyyətə gəldikdən sonra ölkənin onurğa sütununu - ordunu məhv etməyə başladılar. 

Nəticədə ölkə böyük ərazi itkilərinə məruz qaldı. Və bu gün məni Meğrini "təslim etməkdə" günahlandıranlar özləri dəhlizin verilməsi məsələsini müzakirə edirlər”, deyə Köçəryan qeyd edib.

Köçəryan bildirib ki, “Hayastan” bloku kommunikasiyaları açmağın tərəfdarıdır. 

Onun sözlərinə görə, blok magistral və dəmir yollarının işləməsinə qarşı deyil, ancaq bunun hansı formatda baş verəcəyi vacibdir.

"Ancaq “dəhliz” sözü məni çox narahat edir. Çünki Azərbaycan və Türkiyənin “dəhliz” dedikdə nə istədiklərini bilirəm. Əgər dəhliz haqqında yalnız birtərəfli, Ermənistan ərazisində danışılırsa, deməli bu, dayanmaq üçün bir siqnaldır. STOP deməliyik. Gəlin "dəhliz" dedikdə nə başa düşüldüyünü anlayaq”. “Armeniasputnik.am” saytı Köçəryanın dediklərindən sitat gətirib.

Ölkənin ikinci prezidentinin sözlərinə görə, Ankara və Bakının Ermənistanın bu ərazisi üzərində suverenliyinin məhdudlaşdırılması və bəzi təsir rıçaqlarının təsbit edilməsi qəbuledilməzdir.

Köçəryana görə, Türkiyənin bu dəhliz üzərində nəzarəti əldə etmək məsələsində tələbi daha da artacaq. 

İqtisadi məsələlərə gəldikdə isə o, Ermənistanın hazırda dərin böhran və yoxsulluq içində olduğunu, ölkəni tərk edənlərin sayının artdığını (4 ayda 80 min) qeyd edib:

"Sizdən seçkilərdə iştirak edəcəyinizi və 24 nömrəsinə səs verməyinizi gözləyirik. 24 rəqəmi simvolikdir: sutkada 24 saat var və biz bu qədər çalışmağa hazırıq".

Onun fikrincə, Meğridə turizmi və Azad İqtisadi Zonanı aktiv şəkildə inkişaf etdirmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin