Paşinyan Köçəryan və Sarkisyanı TƏHQİR ETDİ

Hazırda oxunan: Paşinyan Köçəryan və Sarkisyanı TƏHQİR ETDİ

238573

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə müxalifətin “Mənim şərəfim var” və “Ermənistan” fraksiyalarının nümayəndələrinin onun hakimiyyətə gəlməsi ilə bağlı ittihamlarına cavab verib. 

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. 

Mənbə qeyd edir ki,  Paşinyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanı “üzləri sırtılmış” və “hakimiyyəti qəsb edənlər”, özünü isə xalq nümayəndəsi adlandırıb. 

Xatırladaq ki, müxalifət deputatları Paşinyanın “2018-ci ildə Sarkisyana qarşı keçirilən etiraz aksiyaları Köçəryan tərəfindən dəstəklənib” iddiasını “yalan” adlandırıblar.  

Öz növbəsində “Ermənistan” fraksiyasının deputatları bəyan ediblər ki, Sarkisyanın Paşinyanın etirazlarının qarşısını almaq üçün bütün imkanları var, lakin o, inqilabın baş verməsinə imkan verərək, qəsdən “hakimiyyəti təhvil verib”. 

Paşinyan da öz növbəsində bu cür bəyanatlarla razılaşmayaraq bildirib ki, 2018-ci ildə xalq inqilabı xalqı hakimiyyətə gətirib və o, yalnız “xalq hakimiyyətinin müvəqqəti qoruyucusu”dur.  
 

O vurğulayıb ki, xalq istədiyi vaxt onu başqası ilə əvəz edəcək. Bundan əlavə, Paşinyan qeyd edib ki, onun hökumətinin siyasəti Köçəryan və Sarkisyanın siyasətindən fərqli olaraq, Ermənistan dövlətçiliyinin itirilməsinin qarşısını almağa yönəlib. 


Müxalifət fraksiyalarının nümayəndələri isə Paşinyanı dəstəklədiklərinə görə bir-birilərini ittiham ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin