Paşinyandan Serj Sarkisyana TUTARLI CAVAB: “Kazinoda əsgərlərdən oğurladığın pulları...”

Hazırda oxunan: Paşinyandan Serj Sarkisyana TUTARLI CAVAB: “Kazinoda əsgərlərdən oğurladığın pulları...”

23844

Ermənistanın Baş naziri vəzifəsini icra edən, “Vətəndaş müqaviləsi" partiyasından baş nazir kreslosuna namizəd Nikol Paşinyan ölkənin üçüncü prezidenti Serj Sarkisyana niyə özünü güllələmədiyinə görə ritorik sual verib və diqqətinə çatdırıb ki, hərbi silahların çoxu məhz onun dövründə alınıb.

Bizim.Media xəbər verir ki, informasiya “armeniasputnik.am” saytında yerləşdirilib.

Mənbə yazır ki, Paşinyan Armavir bölgəsində seçki kampaniyası çərçivəsində vətəndaşlarla görüşündə Serj Sarkisyana bəzi mesajlar göndərib.

Bundan əvvəl isə Sarkisyan Cermuk şəhərində seçicilərlə görüşündə deyib ki, Paşinyan əsgər ölümünə görə özünü güllələməliydi:

“Onun yerində mən olsaydım, bu addımı atardım”.

"O (Serj Sarkisyan nəzərdə tutulur) deyir ki, ali baş komandan olsaydı, özünü vurardı. Ermənistan silahlarının 75 faizini məhz son on ildə əldə edib. Bu, onun özünə atəş açması üçün bir səbəb deyil? Əsgərlərdən oğurladığı və Monte Karlodakı kazinoda uduzduğu milyonlarla pula görə özünü niyə güllələmir?”, deyə Paşinyan Sarkisyana sual verib.

O, 2018-ci ildən bəri ölkənin hərbi büdcəsinin 48% artırıldığını xatırladıb. Silahların 62 faizi 2019-cu ildə alınıb. 2018-2020-ci illər arasında hakimiyyət son 10 ilin silah həcminin 75-80% -ni əldə edib.

Paşinyan Qarabağ münaqişəsinə də toxunub və bunun sülh yolu ilə həllinin mümkün olmadığını bildirib.

Onun fikrincə, Ermənistan üçün məqbul olan həll yolu Azərbaycan üçün qəbuledilməz olub.

Qeyd edək ki, silah müqavilələrinin çoxu 2018-ci ildən əvvəl imzalanıb, lakin tədarüklər Rusiyanın güzəştli krediti hesabına Paşinyanın hakimiyyəti dövrünə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin