Davit Allahverdiyan: “Mənə qarşı münasibət yaxşı olub”

Hazırda oxunan: Davit Allahverdiyan: “Mənə qarşı münasibət yaxşı olub”

238053

Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit Allahverdiyan sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəmə istintaqı zamanı da cavab verəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, o, özünə qarşı insani münasibət gördüyünü deyib:

“Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin