PKK terror təşkilatının “yüksək səviyyəli” terrorçularından biri Suriyada Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti özünün rəsmi Twıtter səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
Kabil üzərində Türkiyə bayrağı – ƏRDOĞANIN DAHA BİR ZƏFƏRİ – FOTOLAR
Türkiyə Prezidenti “Burada millətimizə xoş bir xəbər vermək istəyirəm. Terror təşkilatı PKK-nın qondarma başçı heyəti, Mahmurdakı terror əməliyyatlarının rəhbəri "Doktor Hüseyin" kod adlı Selman Bozkır, dünən Milli Kəşfiyyat Təşkilatımızın qəhrəmanları tərəfindən zərərsizləşdirilib” deyə Twıtter səhifəsində yazıb.
R.T.Ərdoğan bu uğurlu əməliyyatda əməyi olan bütün şəxslərə təşəkkür edib: “Bütün dostlara millətim adından təşəkkür edirəm.
Xain və separatçı təşkilatın Mahmurdan terrorizm üçün "inkubasiya mərkəzi" kimi istifadə etməsinə icazə verməyəcəyik və terroru mənbəyində məhv etməyə davam edəcəyik”. (APA)
Bizim.Media