Bako Sahakyan: “İstintaq prosesi zamanı mənim bütün hüquqlarım təmin olunub”

Hazırda oxunan: Bako Sahakyan: “İstintaq prosesi zamanı mənim bütün hüquqlarım təmin olunub”

236916

Xəbər verdiyimiz kimi hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası zamanı təqsirləndirlən şəxslər sərbəst ifadə veriblər.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs Bako Sahakyan ifadə verib.

O, istintaqın gedişində hüquqlarının təmin olunduğunu bildirib: “2023-cü il oktyabrın 3-də bizi – məni, Arkadi Qukasyanı Qarabağdan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına gətirdilər. Həmin gün Bakı 12 saylı vəkil bürosunun vəkili Nigar Mirbabayeva Azərbaycan Respublikasın tərəfindən mənim hüquqlarımı müdafiə etmək üçün təyin edildi. Mənə həmçinin tərcüməçi təqdim edildi.

İstintaq prosesi zamanı mənim müstəntiqim tərəfindən mənim bütün hüquqlarım təmin olunub ki, suallara tam şəkildə cavab verim. Həmçinin öz fikrimi bildirməyə və nöqteyi-nəzərimi də ortaya qoymağa şəraitim olub.

İstintaqın başlanğıcında mən bildirmişəm və həmin bəyanatı indi də vermək, təsdiqləmək istəyirəm ki, bu münaqişə, bu tarix cinayət və məhkəmə istintaqı predmeti deyil. Mən bu fikri bildirərkən də nə məhkəmənin, nə də istintaqın səlahiyyətlərini şübhə altına almamışam”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin