“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının iclası keçiriləcək və daha sonra sərhədin şimal hissəsindən prosesə başlanacaq”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan keçirdiyi brifinq zamanı deyib.
Ermənistan baş nazirinin müavini bildirib ki, tərəflər intensiv görüşlər keçirmək barədə razılığa gəliblər. Yaxın vaxtlarda danışıqların yeni mərhələsi baş tuta bilər:
“Düşünürəm ki, proses başlamazdan əvvəl daha bir görüş olacaq, hələ müzakirə olunacaq məsələlər var. Sonra isə prosesə ilk növbədə sərhədin şimal hissəsindən - Tavuş bölgəsindən (Ermənistan və Azərbaycan sərhədinin delimitasiya olunmuş hissəsi olan Tovuzqala vilayəti - red.) başlanacaq”.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəaların ratifikasiya layihəsi dərc edilib. Qanun layihəsinə əsasən, Ermənistan və Azərbaycan komissiyaları delimitasiya zamanı bütün xəritələrdən, o cümlədən hüquqi əsası olan sənədlərdən istifadə edəcək.
Bizim.Media

- A-
- A
- A+
Region
18:28 / 27.02.2025
Azərbaycanla Ermənistan tərəfi arasında GÖRÜŞ OLACAQ
Hazırda oxunan: Azərbaycanla Ermənistan tərəfi arasında GÖRÜŞ OLACAQ
Hazırda oxunan: Azərbaycanla Ermənistan tərəfi arasında GÖRÜŞ OLACAQ
236891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.