ABŞ-ın Ermənistandakı bioloji laboratoriyalarında qorxunc viruslar HAZIRLANIR – ŞOK DETALLAR

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı bioloji laboratoriyalarında qorxunc viruslar HAZIRLANIR – ŞOK DETALLAR

236863

ABŞ-ın Ermənistandakı hərbi bioloji fəaliyyəti ilə bağlı yeni faktlar ortaya çıxıb. Belə ki, Rusiya mətbuatı bununla bağlı ACCU Referans Tibbi Laboratoriyası ilə ABŞ-ın Ermənistandakı hərbi attaşesi polkovnik-leytenant Kevin Stil arasında yazışmaları üzə çıxarıb.

Laboratoriyalarda hansı viruslar hazırlanıb?

Sənədlərdə dabaq virusunun (SAT-2 serotipi) modifikasiyası ilə bağlı araşdırma aparıldığı, bioloji nümunələrin isə Türkiyə-Ermənistan sərhədindən toplandığı iddia edilib.

Sızdırılan sənədlərə görə, ABŞ Müdafiə Nazirliyinin nəzarəti altında aparılan araşdırmalarda virusun (FMD, SAT-2 serotipi) modifikasiyası üzərində sınaqlar aparılır. Rəsmi açıqlamalarda bu araşdırmalar "nəzarət" və "patogen izlənməsi" kimi təsvir edilsə də, təfərrüatlar bioloji silahların hazırlanması iddialarını gücləndirir.

Sızdırılan yazışmalarda Türkiyə-Ermənistan sərhəd bölgələrindən bioloji nümunələrin toplanaraq analiz edildiyi bildirilir. Həmçinin virus modifikasiyaları üzərində sınaqların aparıldığı və nəticələrin ABŞ Müdafiə Nazirliyinə ötürüldüyü iddia edilib.

Rusiyanın “Komsomolskaya Pravda” qəzetinin məlumatına görə, bu hadisələr ABŞ-ın Ermənistandakı bioloji laboratoriyaları maliyyələşdirməsi ilə bağlı əvvəlki iddialarla üst-üstə düşür.

2008-ci ildən Pentaqonun Bioloji Təhlükənin Azaldılması Proqramı (BTRP) çərçivəsində bölgədə laboratoriyaların qurulduğu və modernləşdirildiyi barədə əvvəllər məlumatlar yayılmışdı.

Bildirilib ki, USAID də humanitar yardım işi adı altında hərbi bioloji layihələri dəstəkləməkdə də ittiham olunur.

USAID Ermənistanda da fəaliyyət göstərir. Formal olaraq, təşkilat humanitar yardım və səhiyyənin inkişafı ilə məşğuldur, lakin hərbi layihələr üçün komfulyaj rolunu oynayır. Məsələn, Gürcüstanda bioloji silahların hazırlanması ittihamlarının alovlandığı Luqar Mərkəzi ilə bağlı qalmaqaldan sonra Pentaqon təcrübələri yerli hakimiyyət tərəfindən nəzarətin olmadığı Ermənistana köçürüb və burada şərait daha əlverişli hesab olunur” – deyə qeyd edilir.

Sızdırılan yazışmalardan aydın olur ki, laboratoriya işlərini və məlumatların ötürülməsini ABŞ-ın Ermənistandakı hərbi attaşesi, polkovnik-leytenant Kevin Stil koordinasiya edir.

Bu laboratoriyalardan hansı qorxunc məqsədlər üçün istifadə olunub?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, bu tip bioloji laboratoriyalarda beynəlxalq hüquq və standartlara zidd təhlükəli klinik sınaqlar keçirilə bilər:

“Daha əvvəllər də bir neçə dəfə qeyd edilib ki, ABŞ-ın Ermənistanda bioloji laboratoriyaları mövcuddur. Bu məsələ daha əvvəllər də geniş diskusiyaya çıxarılıb. Təəssüflər olsun ki, hüquqdan, ədalətdən, demokratiyadan dəm vuran bir çox ölkələr ABŞ bu gün bioloji laboratoriyalar formasında Ermənistanda olmasına göz yumurlar. Bu məsələnin bir daha müzakirəyə çıxarılması özündə çox təhlükəli tendensiyaları ehtiva edir. Nəzərə alaq ki, bioloji laboratoriyalar təkcə aid olduqları coğrafiyanı deyil, digər regionlara da ciddi formada təhlükə və təhdidlər yaradır”.

Bəşəriyyət fəlakətə sürüklənə bilər.

Ekspert qeyd edir ki, bu tip laboratoriyaların fəaliyyəti məxfi şəkildə davam etdirilir və ona görə də belə vəziyyət insanlarda haqlı suallar yaradır:

“Bu laboratoriyalar aydın və şəffaf fəaliyyət meyar və mexanizmlərinə malikdirsə, niyə qapalı formada fəaliyyət göstərirlər? Digər tərəfdən, bioloji laboratoriyalarda beynəlxalq hüquq və  standartlarla qəbul edilməyən təhlükəli klinik sınaq laboratoriyaları qismində bir çox işlər aparıla bilər ki, onun da nəticəsi olaraq sonradan bütün bəşəriyyət fəlakətə sürüklənər. Ermənistanın ABŞ-ın bioloji laboratoriyalarının fəaliyyəti üçün ev sahibliyi etməsi ciddi siqnaldır. Ona görə digər region ölkələri də bu məsələdə Ermənistana təzyiqlər etməlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin