Nikol Paşinyanın mətbuat katibinin mənzili qarət edildi

Hazırda oxunan: Nikol Paşinyanın mətbuat katibinin mənzili qarət edildi

236691

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryanın İrəvanda mənzili qarət edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Hadisə bir neçə gün əvvəl baş verib, təcavüzkarlar külli miqdarda pul oğurlayıb.

Nəşrin məlumatına görə, ötən gün axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları quldurluqda əli olduğu ehtimal edilən qrup üzvlərini saxlayıblar.

Saxlanılanların paytaxt və rayonlarda digər məmurların da evlərini qarət etdikləri üzə çıxıb.

Xatırladaq ki, ötən il dekabrın sonunda Paşinyanın qaynı, deputat Qraçya Akopyanın malikanəsindən oğurluq edilib. Hücum edənlər pul, qızıl-zinət əşyaları və saatlar götürüblər. Ümumi zərərin məbləği 20 min dollara yaxın olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin