Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu yeni qaz yatağını aşkarlayıb.
Bizim.Media xəbər verir ki, bunu Zonquldakda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Filyos Limanının açılışı və təbii qaz emalı müəssisələrinin təməlqoyma mərasimində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan İstanbul kanalının tikiləcəyi vaxtı açıqladı
"Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yığını aşkarlayıb", - Türkiyənin Qara dəniz sahilində Filios limanının açılışında çıxış edən Ərdoğan deyib.
Onun sözlərinə görə, beləliklə, keçən ilki kəşf nəticəsində Qara dəniz şelfində qazın ümumi ehtiyatları təxminən 500 milyard kubmetr təşkil edir.
Bizim.Media