ABŞ-ın yeni adminstrasiyasının USAİD və digər bu tip təşkilatlarla bağlı verdiyi yeni qərarlar fonunda Ermənistan demək olar ki, xaricdən gələn mühüm yardımlardan məhrum qalıb.
Üstəlik, Ermənistanın dövlət borcu 12 milyard dolları ötüb. Bu isə olduqca yüksək göstəricidir. Ona görə ki Ermənistanın 2025-ci il üçün dövlət büdcəsinin xərcləri cəmi 7,8 milyard ABŞ dollarına bərabərdir.
“Qara bazar” da dağılır...
Üstəlik Ukrayna məsələsində sülh olarsa, Ermənistanın Rusiya ilə “qara bazarı” da ləğv olacaq. Belə ki, Ermənistan bu günə qədər Rusiyaya sanksiyalardan yan keçməkdə yardım edib. Bu isə öz növbəsində Ermənistanın ciddi vəsait əldə etməsinə yol açırdı.
Lakin aydındır ki, Ukrayna probleminin həlli fonunda Qərbin Rusiyaya yönəlik sanksiyaları da tədricən aradan qaldırıla bilər. Belədə isə, Ermənistan Rusiya üçün bu günə qədər oynadığı rolu daha həyata keçirə bilməyəcək. Daha doğrusu, Rusiyanın artıq Ermənistana ehtiyacı olmayacaq. Bütün bunların fonunda sonda Ermənistan iqtisadiyyatı ciddi böhranla üz-üzə qalacaq.
“Sosial gərginlik yüksələ bilər”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, mövcud situasiyada Ermənistan iqtisadiyyatı ciddi böhran yaşayacaq və ölkəni sosial gərginlik bürüyəcək:
“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar götürülsə və onlar arasında körpülər yenidən bərpa olunsa, Moskvanın Ermənistan üzərindən bu sanksiyalardan yan keçmək, ondan istifadə etmək cəhdlərinə son qoyulacaq. Bu isə Ermənistanda ciddi iqtisadi problemlərin yaranmasına səbəb olacaq. Bunun nəticəsində ölkənin gəlirləri kəskin aşağı düşəcək.
Lakin bunun tezliklə baş verəcəyi o qədər də asan görünmür. Bunun üçün zamana ehtiyac olacaq. Amma ümumilikdə, Ermənistanın iqtisadi vəziyyətinin sanksiyaların götürülməsinə bağlı olması yeni bir durum yaradır. Yəni sanksiyalar götürülərsə, Ermənistanda işsizliklə, iqtisadi çətinliklərlə bağlı ciddi bir mənzərənin yaranmasının şahidi ola bilərik. Bu isə Ermənistanın həm xarici borcunun artmasına, həm də daxildə sosial gərginliyin yüksəlməsinə gətirib çıxara bilər”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Region
13:00 / 20.02.2025
Yardımlar kəsildi, “qara bazar” dağılır... – Ermənistan XAOSA SÜRÜKLƏNİR
Hazırda oxunan: Yardımlar kəsildi, “qara bazar” dağılır... – Ermənistan XAOSA SÜRÜKLƏNİR
Hazırda oxunan: Yardımlar kəsildi, “qara bazar” dağılır... – Ermənistan XAOSA SÜRÜKLƏNİR
235527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.