“Biz də erməni minalarında partlaya bilərik” - İqor Korotçenko beynəlxalq jurnalist qurumlarına SƏSLƏNDİ

Hazırda oxunan: “Biz də erməni minalarında partlaya bilərik” - İqor Korotçenko beynəlxalq jurnalist qurumlarına SƏSLƏNDİ

23534

Azərbaycanlı jurnalistlərin olduğu avtomobilin ermənilərin basdırdığı minaya düşərək partlaması nəticəsində ölənlər və yaralananlar var. Peşə borcunu yerinə yetirən həmkarlarımız həlak olub.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib. O xatırladıb ki, Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərinin hər yerində mina təhlükəsi mövcuddur.

“Bu yaxınlarda Ağdam və Füzuli bölgələrini ziyarət edərkən biz də riskə getdik. Ancaq baş verənlər barədə obyektiv məlumat vermək üçün peşəkar vəzifəmizi yerinə yetirdik. Biz də erməni minalarının partlaması ilə qarşılaşa bilərdik.

Hesab edirəm ki, Rusiya Jurnalistlər Birliyi azərbaycanlı həmkarlarının həlak olması ilə bağlı başsağlığı verməli, həmçinin rəsmi İrəvandan azad edilmiş ərazilərin mina xəritələrinin dərhal Azərbaycana verilməsini tələb edən açıqlama ilə çıxış etməlidir.

Faciəyə beynəlxalq jurnalist birliklərindən reaksiya gözləyirik. Ümumi tələb, minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək üçün Ermənistana siyasi təzyiq göstərməkdir".

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib. (azvision.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin