Paşinyanın Münhen uğursuzluğu: Erməni diasporunun dəstəyini almadı

Hazırda oxunan: Paşinyanın Münhen uğursuzluğu: Erməni diasporunun dəstəyini almadı

235288

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı səfir Viktor Yengibaryanı Münhendə təşkil olunan görüşdə diaspor nümayəndələrinin demək olar ki, olmaması səbəbindən geri çağıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Nəşr qeyd edir ki, əgər Paşinyanın ABŞ-da erməni icması ilə görüşü sadəcə uğursuz olubsa, Münhendə bu, yumşaq desək, “biabırçılıqla" nəticələnib.

Ermənistan-Almaniya Mərkəzi Şurasının rəhbəri Conatan Şpanqenberq bəyan edib ki, iclasda Erməni Apostol Kilsəsinin, 16 kilsə ittifaqının, Erməni-Alman Şurasının və digər iri icma təşkilatlarının nümayəndələri iştirak etməyib.

Üstəlik, Münhen Erməni İttifaqının yeni seçilmiş rəhbərliyinin bir nümayəndəsi istisna olmaqla, qonaqlar arasında az-çox tanınmış şəxslər olmayıb.

"Past" vurğulayır ki, Paşinyan mövcud vəziyyətdən son dərəcə narazı qalıb, səfiri görüşü lazımi səviyyədə təşkil edə bilmədiyinə görə kəskin tənqid edib.

Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə nəşrə bildirib ki, Yengibaryanın geri çağırılması məsələsinə həqiqətən də baxılır.

Xatırladaq ki, fevralın 14-dən 16-dək Nikol Paşinyan Almaniyada olub və orada Münhen Təhlükəsizlik Konfransında iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin