Ermənistanın separatçılara verdiyi silah və sursatın həcmi AÇIQLANDI

Hazırda oxunan: Ermənistanın separatçılara verdiyi silah və sursatın həcmi AÇIQLANDI

235227

Ermənistanın Vardanyan və digərləri vasitəsilə separatçıları silahlandırdığı sursatların həcmi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin növbəti baxış iclasında açıqlanıb.

Qeyd edilib ki, Ermənistan separatçıları ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə silahlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin