Vardanyan məhkəmədəki suallar qarşısında ACİZ QALDI - FOTO

Hazırda oxunan: Vardanyan məhkəmədəki suallar qarşısında ACİZ QALDI - FOTO

235220

Ruben Vardanyanın işi üzrə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikasının vaxtilə işğal altında olan suveren ərazilərinin minalanması, əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarına verilmiş işgəncələr, törədilmiş ayrı-ayrı cinayət faktları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən antiterror əməliyyatlarının başlanılmasını qaçılmaz edən hallara dair epizodlar elan edilib.

Bizim.Media xəbər verir ki, ittiham aktına əsasən bildirilib ki, 2022-ci il sentyabrın 12-dən 14-dək olan müddət ərzində Ermənistanın silahlı döyüş mövqelərindən Azərbaycanın Zəngilan, Qubadlı, Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Silahlı Qüvvələrinin mühafizə postları və qərargahlarının iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu qəsdən öldürülüb, 435 hərbi qulluqçusuna, habelə Kəlbəcər rayonunun 1 dinc mülki sakininə ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürmələrinə cəhd edilib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Ruben Vardanyanın ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrini açıqlayıb.

Bununla da iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.

Daha sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə ona qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, ona istinad olunan əməllərin hüquqi tövsifini və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı, həmçinin təqsirləndirilən şəxsin malik olduğu hüquqları izah edib.
 

Ardınca məhkəmə iclasında hakim qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə özünü təqsirli bilib-bilməməsinə dair suallar ünvanlayıb.


Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq verilmiş suallara cavab verməkdən imtina edib.

Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin