Avropa Məhkəməsinə Ermənistanla bağlı şikayət edildi

Hazırda oxunan: Avropa Məhkəməsinə Ermənistanla bağlı şikayət edildi

23479

Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular Birgə Bəyanat imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub.

Bizim.Media-nın məlumatına görə, bu, Azərbaycanın Ermənistanla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərdiyi ikinci dövlətlərarası şikayətində əksini tapıb.

Qeyd olunub ki, Birgə Bəyanat imzalandıqdan sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35 000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir:

“Minalanmış ərazilərin xəritələrinin təhvil verilməsindən imtina edilməsi Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində zorla öz yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin təxminən 30 il sonra öz evlərinə qaytarılması səylərinə də mane olur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin