Makron: "Nikol, qoy səni öpüm, əzizim" - Korotçenkodan FOTOFAKT

Hazırda oxunan: Makron: "Nikol, qoy səni öpüm, əzizim" - Korotçenkodan FOTOFAKT

23461

Nikol Paşinyanın doğum gününü Fransada qeyd etməsi birmənalı qarşılanmayıb.

Bizim.Media xəbər verir ki, seçkiqabağı Nikolun Fransadan "halallıq alma" səfəri doğum gününə təsadüf edib.

Paşinyanın yenidən Parisə gedişi, daha dəqiq desək, Makrona sığınmağı sosial şəbəkələrdə istehzalı paylaşımlara səbəb olub. Rusiyalı politoloq, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Makronla Paşinyanın sarılmaq fotosuna maraqlı şərh verib:

"Gözəl yaşamağı qadağan etmək olmaz. Paşinyan öz ad gününü Parisdə qeyd etdi. Həmçinin Makronla danışıqlar apardı. 

Birgə rəsmlərində sevincək qucaqlaşmalarını görmək olar. Makron:

"Nikol Vovayeviç, laisse-moi t'embrasser, mon cher!" (Nikol Vovayeviç, qoy səni öpüm, əzizim!)

Digər paylaşımda Korotçenko Paşinyanın karikatura önündə selfisini hədəfə alıb. Sözügedən karikaturada Brejnev və Honnokerin dodaq-dodağa öpüşdüyü təsvir olunub. Rusiyalı politoloq yazıb ki, "Paşinyan da Makronla belə edir?".

Həmin fotoları təqdim edirik:

Anar Rəhimov, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin