Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reysləri açıla bilər - Kobaxidze TƏSDİQLƏDİ

Hazırda oxunan: Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reysləri açıla bilər - Kobaxidze TƏSDİQLƏDİ

234468

“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.

Bizim.Media xəbər verir ki, bunu Dubayda jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Kobaxidze bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin