Rusiya Ermənistan və Azərbaycan arasında elə bir sülh sazişinin imzalanmasını dəstəkləyir ki, bu, uzunmüddətli və dayanıqlı nizamlanmanı təmin etsin və gələcək nəsillər üçün təhlükə yaratmasın.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
O, həmçinin Ermənistanı regionda kommunikasiyaların açılması istiqamətində işləri davam etdirməyə çağırıb.
Qaluzin Qərbin Cənubi Qafqazdakı siyasətinin bölgədə sabitliyin təmin edilməsinə yox, Moskva üçün əlavə təhlükələrin yaradılmasına yönəldiyini vurğulayıb.
Onun sözlərinə görə, Qərb dairələri bu regiondan Rusiyaya strateji zərbə vurmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta müəyyən ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd edir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/10/1739169394_5280674982516616159.jpg)
- A-
- A
- A+
Region
10:54 / 10.02.2025
Moskva İrəvanı Zəngəzur dəhlizini açmağa çağırdı
Hazırda oxunan: Moskva İrəvanı Zəngəzur dəhlizini açmağa çağırdı
Hazırda oxunan: Moskva İrəvanı Zəngəzur dəhlizini açmağa çağırdı
234036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.