Serj Sarkisyandan sərsəm AÇIQLAMA: “Niyə kiməsə dəhliz verməliyik?”

Hazırda oxunan: Serj Sarkisyandan sərsəm AÇIQLAMA: “Niyə kiməsə dəhliz verməliyik?”

23395

“Heç kimə dəhliz verə bilmərik”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan səsləndirib.

“Bu dəhlizdən xəbərdar deyiləm. Heç kimə dəhliz verə bilmərik. Necə və nədən ötrü dəhliz verməliyik?”. “News.am” saytı üçüncü prezidentin dediklərindən sitat gətirib.

Dəhlizin verilməsinin əleyhinə olub-olmadığını soruşduqda Serj Sarkisyan “Yüz faiz əleyhinəyəm” cavabını verib:

“Bölgədəki kommunikasiyaların açılması üçün heç bir problem yoxdur. Ancaq hansı dəhlizdən bəhs edirik? Yəni onlara dəhliz verməyə borcluyuq? Hansı sənəd, hansı razılaşma ilə? Nə üçün?".

Serj Sarkisyan razılaşmadan xəbərdar olmadığını bildirib:

“Onları (hazırkı Paşinyan hakimiyyəti nəzərdə tutulur) kənarlaşdırsaq, sizi əmin edirəm ki, heç bir hökumət dəhliz barədə düşünməyəcək. Dəhlizdən söhbət belə gedə bilməz”. 

Sabiq prezident dəhlizin verilməsi təhlükəsindən də danışıb:

“Dəhlizdən danışarkən onun kimin nəzarəti altında olacağı sual doğurur. Ərazimizin bir hissəsini necə ayırıb başqasının nəzarəti altında verə bilərik. Bu, ola bilməz”.

Azərbaycana qənim kəsilən Serj Sarkisyana xatırladırıq ki, hazırda Qarabağda müvəqqəti yaşayan ermənilər Azərbaycanın qanuni torpağı olan Laçın dəhlizindən, Zəngəzur mahalında məskunlaşanlar isə ölkəmizin 21 km magistral yolundan istifadə edirlər. Hələ işğalda olan Naxçıvanın Kərki və Qazaxın anklavda olan iki kəndindən keçən magistrallardan danışmırıq. Həmin yerlər Azərbaycanın ərazisinə qatılandan sonra ermənilərin Araz boyu bölgələrindən Zəngəzura və Gürcüstandan İcevan rayonuna gediş-gəlişləri sual altına qalacaq. Həmin vaxt, görəsən Serj Sarkisyan hansı dilləri tökəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin