Gümrüdəki aeroport bağlandı - DETALLAR

Hazırda oxunan:  Gümrüdəki aeroport bağlandı - DETALLAR

23362

Gümrü şəhərindəki "Şirak" hava limanı yenidən qurulmaq üçün iyul-sentyabr ayları arasında bağlanacaq və gələcəkdə hərbi məqsədlərə xidmət edəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “Joxovurd" qəzetində yerləşdirilib.

Mənbə yazır ki, Rusiyadakı ermənilər iyul-avqust ayları üçün alınan aviabiletləri geri qaytarırlar.

Ermənistanın Mülki Aviasiya Komitəsi mövzu ilə bağlı informasiyanın doğruluğunu qəzetə təsdiq edərək hava limanının 15 iyul - 15 sentyabr tarixləri arasında müvəqqəti olaraq bağlanacağını deyib.

Hava limanının texniki xidmətinin rəhbəri Henrix Sarkisyanın sözlərinə görə, "Şirak" bundan sonra hərbi təyyarələri qəbul edəcək:

“Bunun üçün uçuş-enmə zolağı iyul-sentyabr aylarında yenidən qurulacaq”.

Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdəki mülki hava limanının bağlanması bəzi sulllar doğurur. Çox böyük ehtimalla erməni revanşistləri ideyalarını həyata keçirmək üçün ordunun təminatını gücləndirmək istəyirlər. Bu baxımdan hərbi aeroport qıtlığı ilə üzləşiblər.

Qafandakı hava limanının da Azərbaycan sərhədçilərinin nişangahı altında olduğunu xatırlatsaq, yeganə ümid Gümrüdəki aeroporta qalır. 

Qeyd edək ki, 1961 -ci ildə istifadəyə verilən “Şirak” hava limanı Ermənistanda Zvartnots Beynəlxalq Hava Limanından sonra ikinci ən böyük hava limanıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin