“44 günlük müharibə Ermənistana müstəqil və suveren olmağa imkan verib” bəyanatı ilə ölkənin baş naziri Nikol Paşinyan nə demək istəyib? Mənə onun nə demək istədiyini söyləmək çətindir. Bunu Ermənistan Baş nazirinin ofisindən soruşmaq lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinq zamanı bildirib.
Zaxarova Paşinyanın “erməni soyqırımı” ilə bağlı Davosda səsləndiridyi bəyanatını da şərh edib: “O ki, qaldı “erməni soyqırımı” məsələsinə, düzünü deyim ki, mən heç vaxt gözləmirdim ki, Ermənistanda bu məsələyə dövlət və xalqın tarixi cəhətdən formalaşan tam konsensuslu mövqeyi kimi deyil, başqa cür yanaşacaqlar. Mən heç düşünmürdüm ki, illər ərzində formalaşan bu konsolidə olunmuş mövqe Ermənistan cəmiyyəti daxilində hansısa dəyişikliklərə məruz qalacaq.
Bu sual bizə ünvanlanmamalıdır. Bizim ölkəmiz, bizim mövqeyimiz Dövlət Dumasının müvafiq bəyanatı formalaşıb”.
Qeyd edək ki, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda erməni icmasının nümayəndələri ilə görüşdə bildirmişdi ki, Qarabağ uğrunda müharibədə məğlubiyyət Ermənistanın xeyrinə olub.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/06/1738856583_241a85203db468fd60898f84c7366.jpeg)
- A-
- A
- A+
Region
19:30 / 06.02.2025
Zaxarovadan Paşinyanın son bəyanatına REAKSİYA/VİDEO
Hazırda oxunan: Zaxarovadan Paşinyanın son bəyanatına REAKSİYA/VİDEO
Hazırda oxunan: Zaxarovadan Paşinyanın son bəyanatına REAKSİYA/VİDEO
233576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.