Qondarma “DXR"in (Donetsk Xalq Respublikası) Boks Federasiyasının rəhbəri, “ArBat” batalyonunun yaradıcısı, Ukrayna tərəfindən axtarışa verilən terrorçu Armen Sarkisyan komadan ayılmayıb və reanimasiyada ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya nəşrləri yazıb.
MÖVZU İLƏ BAĞLI:
Moskvada yaşayış kompleksində PARTLAYIŞ: Ölən və yaralılar var – VİDEO
Xatırladaq ki, Sarkisyan bu gün, fevralın 3-də Moskvanın şimal-qərbində yerləşən “Qırmızı yelkənlər” yaşayış kompleksində qumbaraatanın partlaması nəticəsində yaralanıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov insidentə münasibət bildirib. Onun sözlərinə görə, partlayış baş verən yerdə xüsusi xidmət orqanları işləyir.
Rusiya mətbuatı yaralananlar arasında Sergey Şkryabatovskinin də olduğunu qeyd edib. KİV-in məlumatına görə, partlayış nəticəsində 49 yaşlı Oleq Kasperoviç, 44 yaşlı Darya Karseladze və 50 yaşlı İqor Antonenko da yaralanıb.
Kasperoviç Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Krım ərazi komandanlığının ayrıca xüsusi təyinatlı dəstəsinin keçmiş komandir müavinidir.
O, Sarkisyanın mühafizəçisi olub.
Bizim.Media