Moskva partlayışının DETALLARI: Armen Sarkisyan ölməyib, komadadır - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Moskva partlayışının DETALLARI: Armen Sarkisyan ölməyib, komadadır - YENİLƏNİB - VİDEO

233005

Armen Sarkisyanın sol ayağı qopub və o, komadadır.

Bizim.Media xəbər verir ki, bu barədə SHOT Telegram kanalı yazıb.

*** 12:32

Moskvada yaşayış kompleksində ölən Armen Sarkisyan deyil, onun mühafizəçisidir.

Bu barədə "Kommersant" yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada yaşayış kompleksində PARTLAYIŞ: Ölən və yaralılar var – VİDEO


Bundan əvvəl bəzi Telegram kanalları qondarma “DXR"in ("Donetsk Xalq Respublikası") Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyanın ölümü barədə yazıblar.

Digər mənbələr Sarkisyanın sağ qaldığını, lakin onun cangüdəni ola biləcək Krım “DİN”in keçmiş əməkdaşı Oleq Kaspiroviçin yaralandığını bildirir.

*** 12:18

Moskvanın şimal-qərbində, Aviatsionnaya küçəsində yerləşən “Alıye parusa" (Qırmızı yelkənlər) elit yaşayış kompleksində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin TASS-a verdiyi məlumata görə, bir nəfər ölüb, dörd nəfər yaralanıb. Əsas versiya sui-qəsd cəhdidir. İlkin məlumatlara görə, partlayıcı qurğu liftin foyesində işə salınıb. 

Mərhumun üzü ciddi zədələnib, onun şəxsiyyətini müəyyənləşdirmək hələ ki mümkün olmayıb. Lakin qapıda duran şəxs dindirmə zamanı bildirib ki, o, əvvəllər həmin şəxsi televizorda görüb və partlayış onun mühafizəçilərlə birlikdə zala daxil olan zaman baş verib. 

“VÇK-OQPU”nun mənbələri bildirir ki, ölən şəxs qondarma “DXR” Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyan ola bilər.

Hüquq-mühafizə orqanları RBK-ya bildiriblər ki, qətl sifarişli qətl olub.

“Kommersant” yazır ki, partlayıcı qurğu Armen Sarkisyan mühafizəçiləri ilə birlikdə binaya daxil olan zaman işə düşüb. Sarkisyan son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun mühafizəçilərindən biri öldürülüb. İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Partlayış zamanı həmçinin Ukraynanın “Mirotvorets” məlumat bazasında olan Krım "Daxili İşlər Nazirliyinin" 49 yaşlı polkovnik-leytenantı Oleq Kaspiroviç də yaralanıb. O, Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun xəstəxanasına yerləşdirilib. Digər zərərçəkən isə 44 yaşlı Darya Karseladzedir. O, boynundan və ayaqlarından xəsarət alıb və huşunu itirib, danışa bilmir. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.

RT yazıb ki, “Arbat” 2022-ci ilin sentyabrında yaradılmış xüsusi təyinatlı bölmədir, hücum qoşunlarının mobil qrupudur. Ona keçmiş vaqnerçi, “Abrek” çağırış nişanlı Ayk Qasparyan rəhbərlik edib.

2023-cü il iyulun 1-dən batalyon rəsmi olaraq Rusiya Müdafiə Nazirliyinin tərkibinə daxil olub. Hazırda Kursk vilayətində döyüşürlər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) məlumatına görə, bölmənin yaradıcısı Armen Sarkisyan Donetsk vilayətindən olan “Qorlovski” ləqəbli kriminal avtoritetdir. O, qaçaq eks-prezident Viktor Yanukoviçin ailəsi ilə bağlı olub. 2014-cü ildən Sarkisyan Ukraynanın tələbi ilə beynəlxalq axtarışa verilib.

*** 11:52

Rusiyanın Teleqram kanalları yazır ki, Moskvada yaşayış kompleksində baş verən partlayış nəticəsində “DXR" Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyan həlak olub.

Hazırda bu məlumatın başqa təsdiqi yoxdur.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin