“Hadrutda əsgərləri qul kimi işlədirdilər” – Erməni jurnalistdən ŞOK PAYLAŞIM - VİDEO

Hazırda oxunan: “Hadrutda əsgərləri qul kimi işlədirdilər” – Erməni jurnalistdən ŞOK PAYLAŞIM - VİDEO

23263

ArmInfo” agentliyinin Moskvadakı müxbiri Roman Baqdasaryan hazırda Ermənistanda yenidən hakimiyyətə can atan eks prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın bəzi qanunsuz əməllərini ifşa edib. 

Bizim.Media xəbər verir ki, jurnalist, bloqer Roman Baqdasaryan Youtube kanalında açdığı canlı yayım zamanı onların Ermənistanın büdcəsini necə taladıqlarını, Qarabağ meşələrinin məhv etmələrindən danışıb.

Jurnalist həmçinin bildirib ki, o zamankı harınlamış hakimiyyət və onlara yaxın olan yüksəkçinli məmurlar Ermənistan ordusuna da böyük ziyan vurub. 

“Hadrutda qul kimi istifadə olunan hərbi hissə vardı. Deməli o ərazilərdə xidmət edən erməni əsgərlərini generallar, komandirlər qul kimi çalışdırıb işlədirdilər. Onlar meşələrdəki ağacları kəsib, Ermənistana daşıdırdılar. Qeyd edim ki, o zamanlar Hadrutdan Şuşaya yol çəkən hakimiyyət bu yolla Qarabağdakı meşələri talan edib böyük pullar qazandılar”.

Baqdasaryan onu da qeyd edib ki, indi Koçaryan deyir biz yeni Ermənistan qurmaq istəyirik. Sual olunur, hakimiyyətdə olduğun daha cavan və enerjili vaxtında nə ilə məşğul idin? İndi qurmaq istədiyin Ermənistanda daha kimləri qula çevirmək fikrin var?

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin