Ermənistan meriyasında əlbəyaxa dava – VİDEO

Hazırda oxunan: Ermənistan meriyasında əlbəyaxa dava – VİDEO

232617

Ermənistan meriyasında dava düşüb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İrəvan Ağsaqqallar Şurasının iclasında müxalifət nümayəndələrinin iştirakı ilə əlbəyaxa baş verib. 

Məlumata görə, davaya tariflər məsələsi səbəb olub. 

"İrəvanda ictimai nəqliyyatın qiymətlərinin müzakirəsi iclas zalında kütləvi dava ilə nəticələnib. İrəvan meri Tiqran Avinyan polis çağırmağa məcbur olub. Lakin hətta polisin müdaxiləsi də dava iştirakçılarını sakitləşdirməyib. Avinyan dava iştirakçılarını iclas zalını tərk etməyə çağırıb və “Ana Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi Samvel Akopyanı görüşdə iştirak etmək imkanından məhrum edib” - məlumatda bildirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin