Paşinyan: “Azərbaycandan Aİ-yə “yaşıl” enerji tədarükünü asanlaşdırmağa hazırıq”

Hazırda oxunan: Paşinyan: “Azərbaycandan Aİ-yə “yaşıl” enerji tədarükünü asanlaşdırmağa hazırıq”

232516

“Ermənistan Azərbaycandan Avropa İttifaqına (Aİ) “yaşıl” enerji tədarükünü asanlaşdırmağa hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edilib ki, Ermənistan Azərbaycandan Aİ ölkələrinə “yaşıl” enerjinin tədarükünü nəzərdə tutan Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi (Black Sea Energy) layihəsinə qoşulmağa hazırdır.

Ermənistanın baş naziri regional və regiondankənar layihələrdə inklüzivliyin vacibliyini də qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin