Hakim “Gürcü arzusu” partiyasına aid nümayəndə heyəti təsdiq edilmiş səlahiyyətlərə baxmayaraq, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Avropa Şurasının Baş katibindən erməni deputatın təxribatına DİPLOMATİK CAVAB
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərinin fikrincə, nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı qeyd-şərtlər seçicilərin əksəriyyətinə və “Gürcü arzusu” ictimaiyyətinə xəyanətə bərabərdir.
Hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri bu qərarın komanda ilə birgə verildiyini, lakin Gürcüstanın təşkilatın üzvü statusunu saxlayacağını vurğulayıblar.
Bizim.Media