Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 129 nəfər ölüb.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 min 482 nəfər test edilib, onların 7 min 112-nin koronavirus testi pozitiv nəticə verib, 9 min 457 nəfər sağalıb, min 241 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 656 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 256 min 516 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 124 min 081 nəfəri müalicə olunaraq evə buraxılıb.
Bizim.Media