2020-ci il oktyabr ayının sonunda bir qrup Qarabağ fəalı bəyanatla çıxış edib.
Bəyanatı Ermənistan və Azərbaycan arasındakı sülh platformasının həmsədri Artur Ağacanov, fəallar Leva Yaxşibekov, Valera Yeritsyan, Karina Yeritsyan və başqaları imzalayıblar.
Bizim.Media-nın məlumatına görə, bəyanatda deyilir ki, Qarabağ erməniləri həmişə Azərbaycan daxilində azərbaycanlılarla birlikdə dinc yaşayıb və bundan sonra da yaşamaq istəyirlər:
"Hər kəs anlamalıdır ki, Azərbaycan bölgədəki münasibətlərin konfiqurasiyasını düşmənçilikdən əməkdaşlığa dəyişir".
Aktivistlər dünya ictimaiyyətinin alimlərini və tarixçilərini Dağlıq Qarabağın yerli xalqlarının tarixinin öyrənilməsinə qoşulmağa çağırıblar.
“Ermənilərin (haikan mənşəli) Dağlıq Qarabağ ərazisində uzun əsrlərdir yaşadıqlarına dair fikir səhvdir. Dağlıq Qarabağ ərazisində müxtəlif etnik qrupların nümayəndələri yaşayırdı.
Onlarla Ermənistanı yalnız kilsə bağlayırdı. Alban kilsəsi 19-cu əsrin əvvəllərində ləğv edildiyi və onun yerini erməni kilsəsi tutuduğu üçün yerli ermənilərin sayından dəfələrlə çox olan ermənilər İran və Türkiyədən Qarabağa köçürüldülər.
Beləliklə, separatçıların istinad etməyi sevdikləri azərbaycanlı əhaliyə nisbətən erməni çoxluğu ifadəsi belə yaradılıb.
Bizim fikrimizcə, uzun illərdir ki, Dağlıq Qarabağda yaşayan türklər - xristianlar, qıpçaqlar, udinlər, irandilli və digər xalqları səhvən erməni kimi (haikan mənşəli) təqdim ediblər.
Həmçinin, Qafqaz Albaniyasının (Arana) bəzi tarixi abidələri, kilsələri, monastırları ermənilərinki kimi təqdim edilib”, - deyə müraciətdə vurğulanıb.
Bununla yanaşı, fəallar Qarabağ azərbaycanlılarına həm mənən yaxın olduqlarını, həm də qohumluq əlaqələrini qeyd ediblər.
"Qarabağ ermənilərinin etnogenezinə qonşuluqda yaşayan Qafqaz albanlarının tayfaları - ləzgilər, udinlər və başqaları əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Buna görə də etnoqraflar tez-tez deyirlər:
“Qarabağ erməniləri arasında, erməni xalqının digər etnik qruplarına nisbətən daha güclü olan Qafqaz komponentidir”.
Bizim.Media
- A-
- A
- A+
Region
14:26 / 09.11.2020
Erməni aktivistlər: “Qarabağ erməniləri azərbaycanlılarla yaşamaq istəyir”
Hazırda oxunan: Erməni aktivistlər: “Qarabağ erməniləri azərbaycanlılarla yaşamaq istəyir”
Hazırda oxunan: Erməni aktivistlər: “Qarabağ erməniləri azərbaycanlılarla yaşamaq istəyir”
2313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.