“Naxçıvana dəhlizin açılmasına yalnız Rusiya mane olur” - Köçəryandan ŞOK AÇIQLAMA

Hazırda oxunan: “Naxçıvana dəhlizin açılmasına yalnız Rusiya mane olur” - Köçəryandan ŞOK AÇIQLAMA

23112

Rusiyanın Ermənistandakı hərbi mövcudluğu Azərbaycanı Ermənistan ərazisindən Naxçıvana dəhliz açmaq istəyini məhdudlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş prezident Robert Köçəryan Rusiyanın RBK telekanalına verdiyi müsahibəsində bildirib.

O düşünür ki, Azərbaycanın Zəngəzur mahalını (Sünik) ələ keçirməsi ilə bağlı yalnız nəzəri təhlükə var, lakin Ermənistan-Rusiya ikitərəfli razılaşmaları bu mövzuda çəkindirici amildir.

"KTMT-dən böyük bir gözləntim yoxdur. Bu barədə açıq danışıram. Ermənistan rəhbərliyi, müəyyən mənada, KTMT ilə münasibətlərimizi korlamaq üçün hər şeyi etdi. Keçmiş baş katib Yuri Xaçaturova açılan tanınmış cinayət işini yada salın. Digər tərəfdən, Azərbaycan bütün KTMT ölkələri ilə daha isti münasibətlərə malikdir. Əlbəttə, burda Rusiya da var. Ancaq qərarlar kollektiv şəkildə qəbul edilir”, deyə o vurğulayıb.

Keçmiş prezident Paşinyanın son açıqlamalarını cəfəngiyyat adlandırıb.  Guya Köçəryan 1999-cu ildə prezident olduğu zaman Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Naxçıvana dəhliz almaq istəyinə görə Meğrinin Bakıya verilməsi məsələsini müzakirə edib. 

Onun sözlərinə görə, Paşinyan "köpükdən yapışmağa" çalışır.

"O, verilə biləcək hər şeyi verən insandır. Bir şey qalıbsa, bu, yalnız Rusiyanın səyləri sayəsindədir". Köçəryan belə deyib.

Ermənistanda müharibədən sonra Rusiyaya münasibətin dəyişib-dəyişmədiyi barədə suala eks-prezident seçkilərin bunu göstəcəyini bildirib.

"Hisslərim belədir: cəmiyyətimizin böyük hissəsi Rusiyanı təhlükəsizliyin əsas qarantı, bölgədəki türk genişlənməsinə müqavimət göstərə biləcək yeganə ölkə kimi görür. Xəritəyə baxın. Başqa kim bunu edə bilər?”.  Köçəryan jurnalistə sual verib.

“Vurğular dəyişib, Türk faktoru artıb, lakin buna baxmayaraq, Rusiya Türkiyənin təsirini məhdudlaşdırmaq gücündə olan yeganə ölkədir”, deyə Köçəryan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin