Paşinyan doğum günündə niyə Moskvaya deyil, Parisə uçdu? – ŞOK DETALLAR

Hazırda oxunan: Paşinyan doğum günündə niyə Moskvaya deyil, Parisə uçdu? – ŞOK DETALLAR

23094

Bir neçə gün əvvəl, erməni müxalifəti Nikol Paşinyanın Fransaya gözlənilən səfəri barədə açıqlama verib. Üstəlik, Ermənistanda bəziləri əziz bir tarixin - Ermənistan baş nazirinin ad gününün yaxınlaşdığını iddia etməyə başlayıb. Xatırladaq ki, o, 1 iyun 1975-ci ildə Ağstafa çayının sahilində, Qazaxdan 30 km aralıda yerləşən Azərbaycanın qədim Karvansaray yaşayış məskənində (1961-ci ildə ermənilər adını İcevan qoyub) anadan olub.

Bizim.Media xəbər verir ki, Paşinyan bu əlamətdar gündə Fransa prezidenti Makron və onun həyat yoldaşı Brigitt ilə birlikdə olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda seçkilər: Paşinyanın son 20 günü


Seçki öncəsi yarışın ortasında, seçicilərlə görüşləri yarımçıq qoyan Paşinyan gözlənilməz addım atmağa qərar verib və taleyüklü parlament seçkilərindən bir neçə gün əvvəl Parisə gedib. Bu barədə bir neçə saat əvvəl Ermənistan və Fransa mətbuatı məlumat yayıb. Düzdür, rəsmilər Paşinyanın ad gününün Parisdə qeyd olunmasını şərh etməkdən çəkinir. Ancaq bu gün Paşinyan 46 yaşına qədəm qoyub. Yubiley olmayan ad günündən sonra Ermənistan Baş naziri Avropa Şurasının rəhbəri Çarlz Mişel ilə təcili görüşmək üçün Brüsselə yola düşəcək.

Bəs, Ermənistan baş nazirinin seçki yarışının ortasında Parisə və Brüsselə tələsik və təcili səfərini necə qiymətləndirmək olar?

Müxalifətin müharibədə öldürülən yüzlərlə əsgərin cəsədlərinin baş nazirin doğma İcevan şaftalıları üçün nəzərdə tutulan soyuducuda saxlanılması barədə bəyanatı, Ermənistanın Azərbaycanla son müharibədə məğlub duruma düşməyi Paşinyanı və indiki Ermənistan hökumətini az narahat edir. 

Ermənistan dövlətinin tarixində görünməmiş ən rüsvayçı qalmaqalın zirvəsində, üzündə axmaq bir təbəssüm olan Ermənistan hökumətinin başçısı təyyarəsinə minərək Makronun yanına uçub. Fransa əhalisinin yarısından çoxunun Makronun siyasətindən narazı olduğu bir zamanda bu səfər hər şeyə qadir olan erməni diasporunu məmnun edə bilər. Ancaq unudurlar ki, Makron Beşinci Respublikanın ən populyar olmayan prezidentidir.

Ən banal və yazıq görkəmdə olan Paşinyana gəlincə isə onun Paris səfəri xarici siyasətinin gpstəricisidir.

Ermənistanın baş naziri Rusiyaya yox, Qərbə baxır. Bundan əlavə, bir qayda olaraq, dövlət və hökumət başçıları, taleyüklü seçkilərə bir neçə gün qalmış, xüsusən də itirilmiş müharibədən, xalqın qəzəblənməsindən və artan etirazlardan sonra ölkələrini tərk etmirlər. Onda fövqəladə hansı bir iş Ermənistan baş nazirini İrəvanı tərk etməyə məcbur edib? Mövcud məlumatlara görə, Paşinyan Fransa hökuməti və Avropa Birliyinin rəhbərliyi ilə danışıqlarda gəlişini israr edib, nəhayət Paris və Brüsseldə qarşılanmağa nail olub.

Ermənistan hökumətinin başçısı seçki kampaniyasının ən yüksək nöqtəsində olduğu zaman, Makron və Mişel ilə saat əqrəblərini yoxlamaq niyyətindədir. Başqa kimlə? Putinlə deyil. Ermənistan hökumətinin geosiyasi seçimi düşünməyə yer qoymur. Üstəlik, Paşinyan hərbi-siyasi müttəfiqinə Paris səfəri, habelə bugünkü danışıqlarının təfərrüatları barədə məlumat verməyib. Fevral ayında Baş Qərargah tərəfindən təxribat törədildiyi günlərdə vəziyyətə müdaxilə edən Paris deyil, Kreml olub. Üstəlik, rəsmi Moskva erməni baş naziri generalların əlindən və qaçılmaz repressiyalardan qurtarıb.

Lakin Paşinyan Qərb və Sorosla bağlanan siyasi müqaviləyə sadiq qalıb və bu, şübhəsiz ki, Rusiyanın hərbi-siyasi dairələri arasında ən dərin narazılığa və qıcıqlanmaya səbəb olacaq.

Və ən təcrübəli erməni siyasətçi, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bunu açıq şəkildə bildirib:

“Paşinyan sadəcə Rusiyadan ona deyilənləri eşitmək istəmir. Bütün problem budur”.

Ermənistanın birinci prezidenti ilə həmrəy olaraq ikinci prezident, müxalifət lideri və siyasi favorit Robert Köçəryan da Ermənistanın Rusiyanın maraqlarına xəyanət etdiyini təsdiqləyir.

Seçkilər ərəfəsində Paşinyanın Rusiyanın Ermənistandakı maraqlarına qarşı demarşına təsir göstərmək üçün ən təsirli mexanizmləri işə sala bilən Kreml səbr kasasını aça bilər. Hər halda Kreml səfəri, danışıqları və Paşinyanın Qərb liderləri ilə ortaq açıqlamalarını diqqətlə izləyir.

Görünən budur ki, Paşinyan Avropa Birliyirəhbərliyi ilə görüşə nail olub və bunun üçün Brüsselin diqqətinə fövqəladə arqumentlər gətirib. Çünki ikinci Qarabağ müharibəsi zamanı AB həm İrəvana, həm də Bakıya qarşı bitərəflik nümayiş etdirib.

Son vaxtlara qədər Paşinyan yüksək səslə ölkəsinin təhlükəsizliyini təmin edə biləcək yeganə geosiyasi qüvvə haqqında danışıb. Ermənistanın baş naziri bu zaman müttəfiqi olan Rusiyanı nəzərdə tutub. Ancaq seçkilərə bir neçə gün qalmış müttəfiqinə meydan oxuyaraq Qərblə məsləhətləşmək üçün uçub gedən Ermənistan baş nazirinin geosiyasi ziqzaqlarına Moskva alışıb.

Kremldə yaxşı başa düşüblər ki, Paşinyan rus sərhədçiləri ilə çiyin-çiyinə NATO müşahidəçilərini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirmək istəyir.

Bu gün Avropanın mərkəzində Paşinyan doğum günü tortunu kəsəcək. Ancaq Paşinyanın tortundakı albalı pis əlamətdir! Qədim zamanlardan bəri ruslar pis bir əlaməti qınayıblar: qələbəni əvvəlcədən qeyd etmək olmaz...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin