Erməni General: “Paşinyan dedi ki, ruslar kimdir, burada hər şeyə mən qərar verirəm”

Hazırda oxunan: Erməni General: “Paşinyan dedi ki, ruslar kimdir, burada hər şeyə mən qərar verirəm”

23087

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan “Yerevan Today” nəşrinə verdiyi müsahibədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın 44 günlük müharibədən sonra Baş Qərargaha sərhədlərin təchiz edilməsi ilə bağlı guya tapşırıq verdiyini təkzib edib.

Bizim.Media xəbər verir ki, Xaçatryan bununla bağlı bəzi detalları açıqlayıb.

“Ən azından qarı təmizləmək, şəxsi heyəti mövqeyə çatdırmaq üçün bir neçə dəfə müraciət etdik, amma heç nə həll edilmədi. Müəyyən problemlərin həlli üçün vəsaitləri artırmaq istədik, artırmadılar, əksinə, planlaşdırılanları azaltdılar, vəsait tapacaqlarına söz verdilər, yenə alınmadı”.

Xaçatryan müsahibəsində Paşinyanın daha bir yalanını üzə çıxarıb:

“O, guya erməni ordusunu dəstəklədiyini deyib, ancaq əksinə dəstək hiss olunmayıb. Hətta orduya ən primitiv təminatı da yerinə yetirmədilər.  Cəbhə komandiri olaraq şəxsən fərariləri dayandırmaq üçün baryer dəstələrinin yerləşdirilməsini xahiş etdim, onu da etmədilər. Silah və sursatdan, diplomatik kanalların istifadəsindən, müvafiq işlərin həyata keçirilməsindən isə heç danışmıram”.

O, eyni zamanda bəyan edib ki, Nikol Paşinyanın Qarabağdakı 44 günlük müharibə zamanı Rusiya ilə raket atışlarının əlaqələndirilməsi proseduruna məhəl qoymayıb.

Keçmiş yüksək rütbəli hərbçiyə görə, hər hansı bir raketin buraxılmasına yalnız ali baş komandan icazə verə bilər, lakin müəyyən hallarda Rusiya ilə koordinasiyaya ehtiyac var idi:

“Raket atmaq vəzifəsi qoyulmuşdu və bunu ruslarla əlaqələndirmək problemi yarandı, dedi ki, ruslar kimdir, burada hər şeyə mən qərar verirəm”.

Xaçatryan, həmçinin Paşinyanı orduda aşkar olunan çatışmazlıqların heç birinin həll olunmamasında günahlandırıb:

“Hələ 2019-cu ildə təlimlər keçdik və 62 çatışmazlıq təqdim etdik, bunların neçəsi aradan qaldırıldı? Heç biri. İl ərzində nə  qüsur, nə də problemli məsələ həll olundu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin